Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdəki xəstəxanalardan birinə yerləşdirilib.
Musavat.com "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.
Məlumata görə, hökumət başçısı mayın 25-i, bazar ertəsi axşam saatlarında "Hadassah Ein Kerem" Tibb Mərkəzinə aparılıb.
Netanyahunun dəftərxanasından verilən məlumatda onun stomatoloji müalicə (diş müalicəsi) keçdiyi bildirilir.
Lakin bununla bağlı heç bir əlavə təfərrüat açıqlanmır.
Nəşr qeyd edir ki, son vaxtlar baş nazirin sağlamlıq vəziyyəti ictimaiyyətin ciddi diqqət mərkəzindədir. İsrail sakinləri hökumət rəhbərini öz tibbi məlumatlarını xalqdan gizlətməkdə ittiham edirlər.
Musavat.com
15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ