İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! İrlandiya və İspaniya da Fələstini TANIDI - İsrail HƏRƏKƏTƏ KEÇDİ

Norveç və İrlandiyanın ardınca İspaniya da Fələstin dövlətinin müstəqilliyini tanıdığına dair niyyətini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata əsasən, qərar mayın 28-də qüvvəyə minəcək.

***

İrlandiya da Fələstin dövlətini rəsmən tanıdığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə İrlandiyanın baş naziri Simon Harris açıqlama verib.

O bildirib ki, qərara İspaniya da qoşulacaq.

Qeyd edək ki, İsrail sözügedən ölkələrin Fələstin dövlətini tanıması fonunda Norveç və İrlandiyadakı səfirlərini geri çağırır.

Bu barədə İsrailin xarici işlər naziri İsrael Katz “X” hesabında bildirib.

“Mən İsrailin İrlandiya və Norveçdəki səfirlərinin bu ölkələrin Fələstin dövlətini tanımaq qərarları fonunda məsləhətləşmələr üçün dərhal geri çağırmaq barədə təlimat vermişəm. Mən İrlandiya və Norveçə aydın və birmənalı mesaj göndərirəm: İsrail onun suverenliyinə xələl gətirən və təhlükəsizliyini təhlükə altına alanlar qarşısında səssiz qalmayacaq. İspaniya da Fələstin dövlətini tanımaq niyyətinə əməl etsə, ona qarşı da oxşar addım atılacaq”, - İsrail XİN rəhbəri qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR