Onlayn ictimai-siyasi qəzet
Türkiyədə tanınmış idman şərhçisi Rasim Ozan Kütahyalı qanunsuz mərc istintaqı çərçivəsində həbs olunub.
Mayın 14-də Adanada mərkəzləşdirilmiş şəkildə həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı saxlanılan jurnalist prokurorluqda ifadə verdikdən sonra məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Əməliyyat Adana mərkəz olmaqla ümumilikdə 21 vilayətdə aparılıb. İstintaq çərçivəsində “qanunsuz mərc oyunlarının təşkili”, “ağır dələduzluq”, “rüşvətxorluq” və “çirkli pulların yuyulması” kimi cinayət əməllərinin araşdırıldığı bildirilib.
Hüquq-mühafizə orqanları əməliyyatın hələ davam etdiyini və istintaqın gedişində yeni saxlanılmaların mümkün olduğunu açıqlayıb./teleqraf
15 Sentyabr 2026
02:27 Ordumuzun 2022-ci ildəki zərbəsi İrəvanda unudulmur – Parlament sədrindən Rusiyaya ağır sözlər
14 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ