Onlayn ictimai-siyasi qəzet
Çin hakimiyyəti süni intellekti ölkənin iqtisadi və hərbi gələcəyi üçün həyati alət hesab etsə də, eyni zamanda onu ciddi siyasi risk kimi qiymətləndirir.
Musavat.com xəbər verir ki, "The Wall Street Journal" yazır ki, rəsmi Pekin çat-botların Kommunist Partiyasının hakimiyyətinə meydan oxuya biləcəyindən ehtiyatlanaraq İİ üzərində sərt nəzarət mexanizmləri tətbiq edir, paralel olaraq isə ABŞ-la texnoloji rəqabətdə geri qalmamağa çalışır.
Yeni qaydalara əsasən, Çində fəaliyyət göstərən çat-botlar yalnız siyasi baxımdan filtrdən keçirilmiş məlumatlar əsasında öyrədilməlidir. Bundan əlavə, İİ məhsulları istifadəyə verilməzdən əvvəl ideoloji yoxlamadan keçməli və süni intellekt tərəfindən yaradılan bütün məzmun xüsusi şəkildə işarələnməlidir ki, onun mənşəyi sonradan izlənə bilsin.
Rəsmilər bildirirlər ki, İİ-yə qarşı aparılan son kampaniya çərçivəsində təxminən 1 milyon ədəd “qanunsuz və ya zərərli” süni intellekt məzmunu silinib. Çin hakimiyyəti artıq süni intellekti zəlzələlər kimi təbii fəlakətlərlə eyni səviyyədə milli təhlükəsizlik təhdidi kateqoriyasına daxil edir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ