İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda iki avtomobil toqquşdu - ölən var

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" və "Kia Sorento" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Mercedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu həyatını itirib.

Qəzada "Kia Sorento"da sərnişin kimi olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR