İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Xameneinin təyyarəsi BOMBALANDI - ölkə AYAQDA, kimlər HƏDƏFDƏ?

Bakı səmasında müşahidə edilən pilotsuz uçuş aparatları ilə bağlı sosial şəbəkələrdə ciddi narahatlıq və təşviş yaranıb. Paytaxt sakinləri gecə saatlarında eşidilən səslərin videolarını paylaşaraq müxtəlif ehtimallar irəli sürüblər. Bəzi sosial şəbəkə istifadəçiləri eşidilən səslərin İran istehsalı olan “Şahid” tipli dronlara aid ola biləcəyini iddia ediblər.

Maraqlıdır ki, Bakı səmasında dron səsləri eşidildikdən bir neçə dəqiqə sonra bəzi Ukrayna Teleqram kanallarında da bunun İran PUA-ları olduğu barədə iddialar yayılıb. Digər məlumata görə, paytaxt səmasında müşahidə olunan pilotsuz uçuş aparatları Azərbaycana məxsusdur və onlar təhlükəsizlik məqsədilə uçuşlar həyata keçirirlər. Bildirilir ki, bu aparatların uçuşu müəyyən ərazilərdə vəziyyətə nəzarət etmək üçün həyata keçirilir və mövcud şəraitdə belə uçuşlar normal sayılır. “GSSR44” Teleqram kanalı da yayımladığı məlumatda Bakıda eşidilən səslərin Azərbaycan Silahlı Qüvvələrinə məxsus PUA-lara aid olduğunu qeyd edib.

Məlumatda bildirilib ki, təhlükəsizliyin təmin olunması üçün mütəmadi təlim uçuşları həyata keçirilir: “Təhlükəsizliyin təmin olunması üçün mütəmadi (təlim) uçuşlar həyata keçirilir. Təşviş yaradan yazılara isə aldanmayın. Qohuma-qonşuya zəng eləməyə ehtiyac yoxdur…” - məlumatda bildirilib.

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev açıqlama verib. O bildirib ki, gecə saatlarında Bakı səmasında müşahidə olunan PUA-lar Azərbaycana məxsusdur. “Bu gecə Bakı səmasında müşahidə olunan PUA-lar Azərbaycana aiddir. Uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar həyata keçirilib”.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Xəbər Vaxtı” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR