Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Niğde vilayətinin Çamardı rayonunda 3,8 bal gücündə zəlzələ qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 00:43-də baş verib. Zəlzələnin ocağı yerin təxminən 13 kilometr dərinliyində yerləşib.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində insan tələfatı, dağıntı qeydə alınmayıb.
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ