İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Təhlükəli plan işə düşdü: "Adi hadisə deyil..." - ŞOK

Suriyanın Hələb şəhərində baş verən son toqquşmalar ölkədəki ümumi vəziyyətin yenidən kəskinləşdiyini göstərir. Hadisələrin pərdəarxası isə təkcə yerli qarşıdurmalarla məhdudlaşmır – proseslər regional və beynəlxalq oyunçuların maraqları fonunda formalaşır.

Musavat.com xəbər verir ki, yanvarın 4-də Dəməşqdə Suriya hökuməti ilə SDQ (Suriya Demokratik Qüvvələri) arasında keçirilən görüşlər diqqət çəkib. 10 mart tarixli razılaşmanın müddəti bitsə də, görüş danışıqların davam etdirilməsi məqsədi daşıyıb. Toplantıda SDQ-nin rəhbəri Mazlum Abdi və iki yüksək rütbəli komandir, Suriya tərəfdən isə xarici işlər və müdafiə nazirləri, eləcə də kəşfiyyat rəhbərləri iştirak edib.

Türkiyə mediası yazır ki, bu tərkib görüşün adi hadisə olmadığını göstərib.

Məlumata görə, Ankara tərəfindən dəstəklənən uzlaşma cəhdlərinə baxmayaraq, SDQ masaya maksimalist tələblərlə oturub. Silahlı strukturun qorunması, şəhər daxilində muxtar təhlükəsizlik mexanizmləri və faktiki nəzarətin davam etdirilməsi əsas tələblər arasında yer alıb.

Suriya hökuməti isə ilkin mərhələdə Şeyx Maqsud və Əşrəfiyyə rayonlarının boşaldılmasını tələb edib. Bu tələb SDQ-yə dəfələrlə çatdırılsa da, yerinə yetirilməyib. Əksinə, sözügedən ərazilərdə möhkəmləndirmə işləri aparıldığı, silahlı qrupların və sursatın artırıldığı bildirilir.

Gərginlik görüşdən bir gün əvvəl daha da artıb. Suriya təhlükəsizlik qüvvələrinə hücum edildiyi, kamikadze dron vasitəsilə hava limanının hədəfə alındığı qeyd olunur. Bundan sonra Dəməşq hərbi addımlar atmağa başlayıb.

Analitiklər SDQ-nin prosesi uzatmasının iki əsas səbəbini önə çəkir: təşkilatın İsrailin dəstəyinə güvənməsi və İsrail–Suriya danışıqlarının nəticəsini gözləməsi.

Bu arada ABŞ-nin mövqeyi də diqqət mərkəzindədir. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Suriyanın ərazi bütövlüyünün qorunması və Türkiyənin təhlükəsizliyinin təmin olunmasını əsas prioritet kimi müəyyənləşdirib. SDQ ilə bağlı yaranmış vəziyyət ABŞ-yə çatdırıldıqdan sonra Vaşinqtonun Dəməşqin mövqeyini haqlı saydığı bildirilir.

Yanvarın 6-da Parisdə keçirilən Suriya–İsrail təmasları isə vəziyyəti daha da mürəkkəbləşdirib. İsrail tərəfinin işğal etdiyi ərazilərdən çıxmamaq, Süveyda bölgəsində druzilər üçün muxtariyyət tələb etmək və Qolanla Süveydada hərbi nəzarəti saxlamaq istədiyi qeyd olunur. Bu tələblər Suriya tərəfindən qəti şəkildə rədd edilib.

Ekspertlər hesab edir ki, İsrailin bu yanaşması Suriyada presedent yaratmaq və ölkəni mərkəzi dövlət strukturundan uzaqlaşdırmaq məqsədi daşıyır. Belə bir ssenarinin reallaşması regionda yeni gərginlik ocaqlarının yaranmasına səbəb ola bilər.

Ankaranın rəsmi mövqeyinə görə, Suriyanın sabitliyi birbaşa Türkiyənin milli təhlükəsizliyi ilə bağlıdır və mümkün bütün ssenarilərə qarşı hərbi tədbirlər görülüb.

Mütəxəssislər bildirir ki, Hələbdə baş verən hadisələr təkcə lokal qarşıdurma deyil, regionda daha genişmiqyaslı dəyişikliklərin siqnalı ola bilər. Bu baxımdan, beynəlxalq ictimaiyyətin, xüsusilə də ABŞ-nin İsrailə təzyiqləri artırmasının vacibliyi vurğulanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR