Onlayn ictimai-siyasi qəzet
Bu gün Tehranın şərqində yerləşən Pardis şəhərində iki dəqiqəlik fasilə ilə iki zəlzələ qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Seysmoloji məlumatlara görə, ilk zəlzələ saat 12:21-də Rixter cədvəli üzrə 2,6 bal gücündə baş verib.
Yeraltı təkanın ocağı 9 kilometr dərinlikdə yerləşib.
İkinci zəlzələ isə saat 12:23-də 2,9 bal gücündə qeydə alınıb. Bu zəlzələnin episentri isə 7 kilometr dərinlikdə olub.
Hər iki zəlzələ nisbətən zəif qiymətləndirilir. Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ