İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələr Ukrayna üzrə sammitin yekun sənədini imzalamadılar

İsveçrədə Ukrayna üzrə sülh sammitinin yekun sənədi imzalanıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsveçrənin “Neue Zürcher Zeitung” nəşri yayıb.

Nəşrin məlumatına görə, Ermənistan, Slovakiya, Cənubi Afrika və Hindistan kimi ölkələr bəyannaməni imzalamaqdan imtina ediblər. Ümumilikdə, bəyannaməni sammitdə iştirak edən 101 nümayəndə heyətindən 84-ü dəstəkləyib.

DESTEK.jpeg (102 KB)

İmzalayanlar arasında Türkiyə, İraq, İtaliya, Polşa, ABŞ, Serbiya və Macarıstan da var.

Yekun sənədin dəqiq məzmunu hələlik mediaya açıqlanmayıb.

“Reuters”in məlumatına görə, sənəd layihəsində Zaporojye AES-in, Qara və Azov dənizlərində dəniz limanlarının istismarı, “hamı üçün” formuluna əsasən məhbusların azad edilməsi, nüvə silahından istifadə kimi məsələlər yer alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

25 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR