İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 200 ildə 3 imperiyaya xəyanət edən haylar– Onlar zəifləyəni xəncərləyirlər

Çox qədimlərə getməyək, təkcə son 200 ildə şərqdən Xəzər dənizi, qərbdən Şərqi Anadolu, cənudan Təbriz şəhəri, şimaldan isə Qafqaz dağları ilə əhatə olunan geniş bir coğrafi məkanda baş verən hadisələrə baxaq. Tarixən bu region 3 dövlətin – İranın, Türkiyənin və Rusiyanın arasında hərbi əməliyyatlar meydanı olub. Buralar bir neçə dəfə əldən-ələ keçib.

Bu arealda yerləşən böyük dövlətlərin tərkibində, ya da yarımüstəqil şəkildə Azərbaycan xanlıqları və gürcü knyazlıqları mövcud olsa da, ermənilərin xırda bir məliklikdən başqa hansısa dövlət qurumları, muxtariyyatları olmayıb. Ancaq onlar həm İranın, həm Türkiyənin, həm də Rusiyanın tərkibində kompakt icma halında yaşayıblar.

Ermənilər yazdıqları tarixi əsərlərdə elə qələmə verirlər, sanki iki cüt bir tək erməninin yaşadığı şəhərlər də onlara məxsus olub. Ancaq belə deyil. Onlar sözügedən arealdakı hansı şəhərlərdə yaşayıblarsa, mütləq azlıqda olublar – kompakt şəkildə, lakin azlıqda.

karta.jpg (139 KB)

Bununla belə, bu millət regionun 3 böyük dövlətinin üçünün də tarixində silinməz izlər qoyub. Fəqət, baxaq, görək, bu izlər necə izlərdir.

Öncə İrandan başlayaq.

Ermənilərin kompakt icma halında yaşadığı ölkələrdən biri də İrandır.

250 min erməni köçür, yerdə qalanlar azlıq olursa...

Ermənilər iddia edir ki, 1603-cü ildə Şah Abbas Şərqi Ermənistandan (onlar müasir Azərbaycanın ərazisinin yarısını Şərqi Ermənistan adlandırırlar) 250 mindən çox ermənini zorla İranın daxili ərazilərinə köçürüb, nəticədə ermənilər öz tarixi torpaqlarında azlıq təşkil ediblər.

Əslində bu, məntiqsiz iddiadır. Çünki Gəncə, Qarabağ, Zəngəzur, Naxçıvan, Arazboyu kimi böyük mahallar Şərqi Ermənistan idisə və orada ermənilər üstün mövqedə, hakim statusda idilərsə, necə oldu ki, 250 mini İrana köçürülən kimi yerdə qalanlar azlıq oldular? Absurd iddiadır. Həqiqət budur ki, ermənilər həmişə işləri yaxşı gedən, günləri xoş keçən şəhərlərə dağılıblar və şəxsi rifahlarının qeydinə qalıblar, icma qurub, kilsə tikiblər, amma dövlət təsis etməyiblər.

Onlar İranda da tezliklə fəallaşaraq, pul-para qazanmağa başlayıblar və dövlətdə özlərinə yaxşı yer ediblər. Malların idxal və ixracına nəzarət edən erməni tacirləri Avropa ilə əlaqələr yaradıblar, tez-tez şahın tapşırığı ilə diplomatik tapşırıqlar yerinə yetiriblər. İran dövlətində yaranan ticarət şirkətləri əsasən erməni tacirlərindən ibarət olub. Onlar özləri də bu barədə tarix kitablarında yazır, öyünürlər.

Uduzan İranın ermənilərdən aldığı zərbə

AB2F342C-EC9A-4284-9878-50EF11CD00EE.jpg (237 KB)

Çar Rusiyası 200 il əvvəl Cənubi Qafqaza və İrana iştahla baxana və cənuba doğru irəliləmək fikrinə düşənə qədər ermənilər İranda bütün millətlərdən üstün imtiyazlara malik halda yaşayıblar, nə dinlərinə toxunan olub, nə dillərini sıxışdırıblar, nə özlərini assimlyasiyaya məruz qoyublar. Sadəcə, bəzliləri şahın əshabəsi olmaq üçün dinlərini dəyişib, islamı qəbul ediblər.

Ancaq Rusiya Qafqazın cənubunu, İranın şimalını işğal etməyə başlayanda ermənilərin zəif düşəni arxadan xəncərləmək şakəri yoğunlayıb və onlar rusların tərəfinə keçərək, həm Qafqazı, həm də İranın şimalını işğal etməkdə ruslara kömək göstəriblər.

Katolikosun fitvası, İrəvanın işğalı

xaaba.jpg (43 KB)

“Rus-fars müharibəsi”nə (1826-1828) dair, böyük ehtimalla erməni müəlliflər tərəfindən rusca yazılmış vikipediya məlumatında qeyd olunur: “Bütün hərbi əməliyyatlar dövründə erməni əhalisi rus qoşunlarını qızğınlıqla alqışlayır və onları özlərinin xilaskarı hesab edirdilər. Rus ordusu erməni könüllülərindən əhəmiyyətli yardım alırdı, onların bəziləri rus ordusunun sıralarına qoşulurdular, bəziləri öz könüllü dəstələrini yaradırdılar. Məsələn, 1827-ci ilin avqustunda Tiflisdə üç könüllü erməni dəstəsi yaradıldı və onlar qısa müddət ərzində bir neçə min nəfərə çatdı. Bütün ermənilərin katolikosu V Nerses Aştaraketsi 1826-cı ilin iyulunda gənc erməniləri Rusiyaya qoşulmağa və vətənlərini azad etməyə kömək etməyə çağırırdı: “Rus ordularının alayları ilə birlikdə... lazım gələrsə, son damla qanımızı belə əsirgəməyək”. Müharibə illərində o (katolikos), rus ordusu ilə çiyin-çiyinə vuruşan erməni könüllü dəstələrinin ideoloqlarından və təşkilatçılarından biri olub, qələbəyə mühüm töhfə vermişdi”.

Məşhur erməni yazıçısı Xaçatur Abovyan rusların tərəfinə keçərək bağrında yaşadıqları xanlığa xəyanət edən ermənilərin İrəvan qalasını necə almalarından bəhs edib.

O vaxta qədər İrəvan qalasını Azərbaycan türklərinə məxsus idi və eyni adlı şəhər də, mahal da Qacarlar sülaləsinin himayəsində idi. Ruslar Qafqaza gələnə qədər İrəvan mahalının 36 hökmdarının hamısı türk tayfalarının təmsilçiləri olub.

Rusların knyaz etdiyi mehtər oğlu Madatyan və İranlı Nəzərəli xanın döyüşü

Madatov.jpg (54 KB)

Rusiya çarının İranın üzərinə göndərdiyi 3 generaldan biri də erməni Valerian Madatov (Madatyan) olub. Əsl ad-soyadı Rustam Qriqoryan olan bu şəxs işğalçı həmkarları Aleksey Yermolova, İvan Paskeviçə işğal planını tamamlamağa ciddi yardım göstərib, Şəmkir nahiyəsində Nəzərəli xanın başçılıq etdiyi İran qoşunlarını məğlub edib, Şuşanın ruslar tərəfindən işğal edilməsində əsas rol oynayıb.

Rusiya ordusu İrana soxulandan və Qacar sülaləsinin hakimiyyəti zəifləyəndən sonra ermənilər güclünün tərəfinə keçərək İran şahından üz döndəriblər. 1828-ci ildən sonra Rusiya erməniləri Qarabağa, indiki Ermənistanın ətrazisinə köçürməyə başlayıb və İranda erməni əhalisinin sayı azalıb. Bütün ermənilərin katolikosu Nersesin məlumatına görə, 1828-1829-cu illərdə 8 min erməni ailəsi Qafqaza köçüb, bu da öz növbəsində Marağa, Salmas və Urmiya şəhərlərinə böyük maddi ziyan vurub.

Rusiya səfiri Aleksandr Qriboyedovun və onun rəhbərlik etdiyi 33 nəfərin Allahyar xan Qacarın adamları tərəfindən qətliama məruz qalması hadisəsinə erməni qadınların səbəb olduğu barədə çox yazılıb, ona görə də bu barədə təfərrüata varmayaq.

Bir sözlə, içində yaşadıqları, imtiyaz sahibi olduqları, hətta şah sarayında vəzifə tutduqları və vergidən azad olduqları halda ermənilər rusların tərəfinə keçməklə Qacar xanədanlığına xəyanət ediblər.

Zəifləyən Osmanlının arxadan xəncərlənməsi

ermen kon.jpg (60 KB)

Onlar bir də təxminən yüz ildən sonra Osmanlı xanədanlığına qarşı da eyni iştəklərə əl atıblar. Bu dəfə hücuma məruz qalan, zəifləyən tərəf Osmanlı səltənəti olub. I dünya müharibəsinə qədər erməniləri Osmanlı imperiyasında, sultan sarayında “sadiq millət” adlandırıblar. Başqa dini-etnik mənsubluqları olsa da, onların biznesinə optimal şərait yaradılıb, ölkənin ən yaxşı yerlərində məskunlaşıblar, bir çox imtiyazları olub. Ermənilər başqa millətlərdən fərqli şəkildə, hərtərəfli inkişaf etmək hüququ əldə edib və bundan yetərincə yararlanıblar. Ancaq I dünya müharibəsi başlayanda və Osmanlı imperiyası İngiltərə, Fransa, Rusiya, İtaliya, Avstraliya qoşunlarının hücumuna və işğalına məruz qalanda ermənilər “fürsət bu fürsətdir” deyə təbəəsi olduqları dövlətə arxadan bıçaq saplayıblar. Onlar tamamilə dağılacağını gözlədikləri imperiyanın yerində özləri üçün dövlət quracaqlarını düşünüblər və xarici müdaxiləçilərə hər cür dəstək veriblər. Buna cavab olaraq Osmanlı imperiyasının rəhbərliyi qiyamçı erməni əsgərlərini ordudan tərxis edib. Hazırda ermənilər bu tədbiri də “genosid aktı” siyahısına salırlar, yazırlar ki, “əvvəlcə türklər erməni əsgərləri tərk-silah etdilər”. Sanki dövlətə tabe olmayan, ona silah qaldıran qiyamçı birləşmələrə toxunulmamalı, onların dövlətə qarşı daha hazırlıqlı döyüşmələri üçün şərait yaradılmalı imiş.

ermençet.jpg (219 KB)

Daha sonra ermənilər könüllü hərbi dəstələr, çetelər yaradıblar, dövlətin qoşunlarına və mülki əhaliyə qarşı partizan müharibəsi aparıblar. Onlar Anadolu yarımadasının şərqində bütöv mahalları xaraba qoyub, camaatı qırıb-çatıblar. Osmanlı paşaları yerli çərkəzlərin və kürdlərin köməyi ilə onları çox çətinliklə ram edə biliblər. Mülki erməni əhalisi də hərbi əməliyyatlarda can-başla iştirak etdiyindən, “erməni fədailər”ə hər cür yardım göstərdiyindən ermənilərin hərbi əməliyyatlar gedən zonalardan köçürülməsi qaçılmaz olub. Onları ölkənin cənubuna, Suriya və İraqla sərhəd bölgələrə köçürüblər. Ancaq ermənilər orada da dinc durmayıblar, Suriya ərazisindən Osmanlı üzərinə hücuma keçən fransızlara qoşularaq, onlarla birlikdə Maraşda, Antepdə və Urfada “dövlət” yaradıblar və Türkiyəyə müharibə elan ediblər. Daha sonra Mustafa Kamal paşanın rəhbərliyi ilə toparlanan türk ordusu əks-hücuma keçəndə onlar itkilərə məruz qalıblar və kütləvi şəkildə Suriyaya çəkilməyə məcbur olublar.

Fəqət I dünya müharibəsinin ermənilərə xeyri o olub ki, rus bolşeviklərinin köməyi ilə özlərinə qədim türk torpaqlarında kiçik bir dövlət qurublar, perspektivdə onu daha da böyütmək üçün fürsət gözləyiblər.

Hücuma məruz qalan Rusiyanın arxadan bıçaqlanması

Ermənilər həmin fürsətin “soyuq müharibə”nin ABŞ-ın qələbəsi ilə başa çatdığı vaxt, 1988-ci ildə yetişdiyini düşünərək hərəkətə keçdilər. Bu dəfə onlar həm rusların, həm də avropalıların əliylə Qarabağı Azərbaycandan qoparmağa çalışdılar.

okkuprus.jpg (10 KB)

Bunu dəfələrlə yazmışıq, yenə də təkrar edək: SSRİ-nin dağılmasının detanatoru məhz ermənilər oldular. Bəlkə də SSRİ-ni başqa adla, başqa sifətlə saxlamaq, ciddi islahatlar apararaq dəyişdirmək mümkün olacaqdı, amma ermənilərin başlatdığı millətlərarası nifaq qırmızı imperiyanın transformasiyasına imkan vermədi, onu mutasiya dəyişkənliyinə uğratdı, nəticədə bütün ölkə sarsıldı. Bu qovğadan yalnız ermənilər qazanclı çıxmışdı. Onlar əz ərazilərinin az qala yarısı boyda olan bir ərazini – dağlı-aranlı Qarabağı, Şərqi Zəngəzuru və Kəlbəcəri işğal edərək, Ermənistan dövlətinə birləşdirmişdilər.

Amma bu müvəqqəti idi. Onlara bu fürsəti verən Kreml buna cavab olaraq ermənilərdən sona qədər sədaqət gözləyirdi.

Ermənilərin 100 ildən bir qabaran və reallıq hislərinin itirilməsinə gətirib çıxaran “ərazi, torpaq acgözlüyü” bu dəfə də onları yanlış yollara saldı. Ermənilər artıq Rusiyanın zəiflədiyini və “öz işini görmüş həbəş kimi” ortalıqdan çəkilməli olduğunu düşünərək, yeni himayədar axtarışına çıxdılar. O hamlər uzaqda deyildilər. ABŞ və Fransa erməniləri çoxdan Rusiyadan qoparmağa çalışırdı. Onların “qisməti” 2018-ci ildə, beli çantalı, əli meqafonlu Nikol Paşinyan Serj Sarkisyanı devirəndə yetişdi.

Ondan sonra baş verən hadisələr artıq hamıya bəllidir.

KIR_5332_preview_610.jpg (268 KB)

İndi ermənilər ona görə yaman günə, böyük itkilərə məruz qalıblar ki, son 200 ilin içində 3-cü imperiyaya da xəyanət ediblər və ondan lazımi himayə görmürlər. Rusiya hazırda erməniləri yalnız darmadağın olmaqdan qoruyur və ümid edir ki, onlar ziyanın yarısından qayıdacaqlar. Vaxtilə Qacar və Osmanlı xanədanlığı da elə düşünürdü. Fəqət, olmadı, ermənilər xəyanət yolunda sona qədər getdilər. Hazırda onlar ruslara qarşı da eyni fikirdə görünürlər. Son günlər rusiyalı siyasətçi və diplomatlarla erməni məmurlar arasında gedən hiddətli, iynəli polemika da göstərir ki, iplər tamamilə qopmaq üzrədir. Artıq Kreml açıq şəkildə bəyan etməsə də, Ermənistanın Moskvaya, Rusiya dövlətinə, öz qoruyucusuna xəyanət etməsinin fərqindədir.

Xəyanətlərin bədəli – xroniki ağlaşma

Açığı, bu xalq hər yüz ildən bir etdiyi böyük səhvi çağımızda etməsəydi, bizə çətin olacaqdı, bəlkə də onlarla 44 gün yox, 44 ay döyüşməli olacaqdıq.

Bu millətin bu günə qədər məruz qaldığı fəlakətlərin əsas qaynağı özləridir, kilsələri, katolikosları, “ziyalı” adlnan oxumuşlarıdır. Məhz onlar bu xalqın beynini zəhərləyir, millət olaraq öz müstəsnalıqlarına inandırır, başqa xalqlarla dinc-yanaşı yaşamaq imkanından məhrum edirlər.

Ermənilər bu əsrin ütüsündən də zərərlə çıxacaqlar, sonra toparlanacaq, uzun illər ağlaşacaqlar, “millət, torpaq davası” aparacaqlar, bir də 2120-ci ildə, böyük ehtimalla Fransanın, ya da Kaliforniyada ABŞ-ın başına oyun açacaqlar.

eçmiadzin.jpg (172 KB)

P.S. Bu şəkildən görünür ki, müasir erməni katolkosu da militarist olaraq qalır.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR