Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu həbs etməsindən bir neçə saat sonra İsrailin keçmiş baş naziri Yair Lapid Tehran rejiminə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, o, "İran Venesueladakı hadisələrə diqqətlə baxmalıdırlar" - deyib.
Ekspertlər ABŞ-ın Venesuela əməliyyatını və Maduronun həbsini İranla yeni gərginlik üçün siqnal kimi qiymətləndirirlər. İran-Amerika Şurasının rəhbəri Camal Abdi buna “qeyri-sabit vəziyyət” deyərək müharibə ehtimalını artırdığını bildirib və İrana ABŞ və İsrailə qarşı hərbi addımlar atmaq ehtimalını vurğulayıb.
Beynəlxalq Siyasət Mərkəzindən Neqar Mortazavi isə ABŞ-ın hərəkətlərini “maksimalist” və diplomatiyanı məhdudlaşdıran addım adlandırıb. O, diplomatik yolun daraldığını və münaqişə ehtimalının qaldığını qeyd edib.
ABŞ-ın Tramp administrasiyası və Xarici işlər naziri Marko Rubio isə Maduronun İranla əlaqələrinə diqqət çəkərək Karakasın Livan Hizbullahı üçün yer təmin etdiyini iddia edib. Tramp isə İranın mümkün addımlarına qarşı sərt mesaj verərək, nəticələrin ağır olacağını bildirib.
Gözlər indi həm Latın Amerikasındakı hadisələrdə, həm də Yaxın Şərqdə ABŞ-İran qarşıdurmasına yönəlib.
Musavat.com
09 Iyun 2026
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ