Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin keçmiş sədri Alen Simonyan üçüncü evliliyi münasibətilə toy mərasimi keçirməyə hazırlaşır. Mərasimin sentyabrın 5-də keçirilməsi planlaşdırılır.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Armlur” nəşri məlumat yayıb.
Məlumata görə, Simonyan toyuna Ermənistanın siyasi elitasının nümayəndələrini dəvət edib. Lakin mərasim ətrafında əsas intriqa Nikol Paşinyanın toyda iştirak edib-etməyəcəyi ilə bağlıdır.
Nəşr bunu Simonyanın hazırda Paşinyanın komandasında əvvəlki mövqeyini itirməsi ilə əlaqələndirir.
Simonyanın həyat yoldaşı 26 yaşlı model Anelya Qubryandır. O, siyasətçidən 20 yaş kiçikdir.
Cütlük fevral ayında nişanlanıb, bir neçə ay sonra isə nikahlarını rəsmən qeydiyyatdan keçirib. İndi isə sentyabrın 5-də toy mərasiminin keçirilməsi nəzərdə tutulur.
Musavat.com
17 Avqust 2026
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ