Onlayn ictimai-siyasi qəzet
Hadisə Bavariyanın Qrafenvör şəhərində baş verib.
Musavat.com xəbər verir ki, ABŞ ordusuna məxsus hərbi qulluqçu ağır alkoqol sərxoşluğu vəziyyətində qocalar evinə daxil olub. Onun üzərində yalnız alt paltarı və idman maykası olub.
Məlumata görə, əsgər səhər saatlarında müəssisə əməkdaşı tərəfindən səhər yeməyi paylanarkən aşkar edilib. Bildirilir ki, kişi harada olduğunu, həmin məkana necə düşdüyünü və paltarlarının harada qaldığını izah edə bilməyib.
Qeyd edək ki, Qrafenvör şəhərində ABŞ ordusunun Avropadakı ən böyük təlim bazası yerləşir.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ