İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədin açılış vaxtı dəqiqləşdi: Ankara və İrəvan birbaşa...

Türkiyə və Ermənistan arasında sərhəd-keçid məntəqələrinin açılması ilə bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, Türkiyənin Yeni Şafak nəşrinin məlumatına görə, Alican və Akyaka sərhəd-keçid məntəqələrinin açılması Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasını sürətləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq məqsədi daşıyır.

Məlumata görə, artıq bu yay İğdır vilayətində yerləşən Alican sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayacaq. Ermənistan tərəfində hazırlıq işləri tamamlanıb, Türkiyə tərəfində isə son tamamlama işləri aparılır.

Nəşr yazır ki, Ermənistanda keçirilən seçkilərdən sonra yenidən baş nazir seçilən Nikol Paşinyan Ankara ilə dialoqu fəallaşdırıb və tərəflər arasında diplomatik təmaslar yeni impuls qazanıb.

Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 300–350 milyon dollar həcmində qiymətləndirilir. Ticarət əsasən hazır geyim, kimya məhsulları, ərzaq malları və emal olunmamış qiymətli metallar sahələrini əhatə edir.

Sərhədin açılması Gürcüstan üzərindən həyata keçirilən tranzit daşımalarına ehtiyacı azaldacaq. Gözləntilərə görə, birbaşa ticarət logistika xərclərini aşağı salacaq, məhsulların bazara çıxış müddətini qısaldacaq və qısa müddətdə ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR