Onlayn ictimai-siyasi qəzet
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı qüvvələri Ali liderlə bağlı iddialar fonunda sərt bəyanat yayıb.
Musavat.com xəbər verir ki, İran mediasının “Əl-Qüds”ə istinadla yaydığı məlumata görə, məsul şəxslərin harada olmasından asılı olmayaraq hədəfdə olacağı bildirilib.
Açıqlamada vurğulanır: “Düşmənə qarşı hücum qapılarını açıq saxlayacağıq və onu məğlub etməyənə qədər sakitləşməyəcəyik. Düşmən öz ərazisində belə təhlükəsiz olmayacaq və onun xoş günləri artıq geridə qalıb.”
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ