İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-dan şok bəyanat: “İsrail səmasını ələ keçiririk”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi-Hava Kosmik Qüvvələrinin komandanı Seyid Məcid sərt açıqlama ilə çıxış edib.

Musavat.com xəbər verir ki, o, bu gecədən etibarən İsrail səması üzərində nəzarətin elan olunduğunu bildirib.

Komandanın sözlərinə görə, İran artıq “işğal altındakı ərazilərin səması üzərində raket nəzarəti” qurduğunu bəyan edir. O vurğulayıb ki, qarşıdakı hücum dalğalarında tətbiq olunacaq yeni taktika və buraxılış sistemləri ABŞ və İsrail komandirlərini ciddi şəkildə təəccübləndirəcək.

SEPAH rəsmisi əlavə edib ki, bu gecə işğal altındakı ərazilərin cənub səması saatlarla işıqlanacaq və bu, İranın hərbi gücünün nümayişi olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR