Onlayn ictimai-siyasi qəzet
Şəki şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Şamil Musayevin idarə etdiyi "Mercedes C 200" markalı minik avtomobili ilə "Mercedes Atego" markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan sərnişin, 1999-cu il təvəllüdlü Aygün Mustafayeva aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Onun meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb və xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə zamanı avtomobilin sürücüsü Şamil Musayev də ağır xəsarətlər alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır./Apa
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ