İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid qızı dəhşətli qəzaya düşdü - VİDEO


Lənkəranda avtomobil kanala aşıb, üç nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara-İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində olub.

Belə ki, Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəzada avtomobildə olan dörd nəfərdən üçü - sürücü və Astara rayon sakinləri 1995-ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999-cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, qəzaya uğrayan maşının sürücüsü A.Azərili Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR