İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki günündə İrəvanın bir hissəsi İŞIQSIZ QALDI

Ermənistanın paytaxtı İrəvan şəhərinin Avan inzibati rayonunun bir hissəsində elektrik enerjisinin verilişi kəsilib.

Musavat.com xəbər verir ki, bu barədə "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin rəsmi saytında məlumat yerləşdirilib.

Məlumata görə, elektrik enerjisinin kəsilməsi həm Avan rayonunda, həm də yaxınlıqdakı Arinc kəndində ümumilikdə 80-dən çox ünvanı əhatə edib. Baş vermiş hadisənin dəqiq səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.

Enerji təhlükəsizliyi üzrə ekspert, siyasi elmlər doktoru Vahe Davtyan isə özünün "Facebook" hesabında paylaşdığı məlumatda qeyd edib ki, yaranmış problem səbəbindən elektrik enerjisinin bərpası yerli vaxtla saat 18:00-a qədər çəkəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR