İnsanlara hürriyət, millətlərə istiqlal!

Samirə Mustafayeva AzTV-dən ayrıldı

Tanınmış teleaparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb.

Musavat.com bildirir ki, teleaparıcı azxeber.com-a açıqlamasında öz istəyi ilə işdən ayrıldığını deyib:

"Bu il mənim üçün xüsusi ildir. Çünki, qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazirlaşır. Universitet seçimi, yerləşmə bunlar hamısı hazırda önəmlidi və zamanımı daha çox bu işlərə ayırdığımdan tez-tez xaricə səfərim olur. Eyni zamanda artıq 1 ilə yaxındır TV ilə paralel olaraq çalışdığım digər şirkətin xaricdə keçirilən layihələrinə qatılıram.

Teleaparıcı vaxt qıtlığına görə işdən ayrıldığını deyib:
"Hər gün canlı efir olduğu üçün mütəmadi olaraq işdən icazə ala bilmirdim. Çalışdığım doğma AZTV-dən isə ayrılmaq mənə mənən çox çətin oldu. Çünki peşəkar komanda və hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR