İnsanlara hürriyət, millətlərə istiqlal!

Safaryandan TRIPP açıqlaması 

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ ilə həyata keçirilən TRIPP layihəsinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) hüquqi çərçivəsinə zidd olmadığını bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan jurnalistlərə açıqlamasında bildirib.

Safaryanın sözlərinə görə, TRIPP layihəsi Aİİ-nin tənzimləmə mexanizmləri çərçivəsində fəaliyyət göstərəcək və Ermənistan hazırda Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalır.

"Ona görə də burada heç bir problem görmürük. Hazırda TRIPP layihəsi Ermənistan-ABŞ formatında həyata keçirilir və müvafiq saziş artıq imzalanıb", - deyə nazir müavini bildirib.

Safaryan layihənin gələcək inkişafı ilə bağlı sualları cavablandırmaq istəmədiyini də əlavə edib.

Rusiyanın bu layihədə iştirakı və ya Moskva ilə birgə strukturların yaradılması ehtimalına münasibət bildirən nazir müavini qeyd edib ki, hazırkı mərhələdə belə bir məsələ gündəmdə deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR