Onlayn ictimai-siyasi qəzet
Moskva Arbitraj Məhkəməsi “Rosnano” şirkətinin iddiası çərçivəsində keçmiş menecerlərin, o cümlədən Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın hesablarına və əmlakına həbs qoyub.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumatda bildirilir ki, Çubaysın təxminən 12 milyard rubl məbləğində aktivləri müsadirə edilib.
Eyni zamanda, iddia üzrə digər cavabdeh şəxslərə qarşı da tədbirlər görülüb. Keçmiş iqtisadiyyat naziri və “Rosnano”nun keçmiş baş direktor müavini Yakov Urinsonun əmlakından 8 milyard rubldan çox, şirkətin idarə heyəti icraçı direktoru Boris Podolskidən isə təxminən 6 milyard rubl müsadirə edilib.
Yakov Urinson
Çubaysın vəkili Pavel Xlyustov məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, Anatoli Çubays 2008-ci ildən başlayaraq 12 il ərzində "Rosnano"ya rəhbərlik edib. O, 2020-ci ilin dekabrında istefa verib və 2022-ci ilin martında Rusiyanı tərk edib.
![]()
Anatoli Çubays
İqbal RZAYEV,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ