İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların at belində hücum cəhdi dronlarla darmadağın edildi – Ukraynanın yaydığı bu görüntülər hadisə oldu - VİDEO

Ukrayna cəbhəsində yayılan yeni görüntülər Rusiya ordusunun artan texnika və canlı qüvvə çatışmazlığı fonunda getdikcə daha primitiv və riskli taktikalara əl atdığını ortaya qoyur.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan və Ukrayna tərəfi tərəfindən yayımlanan kadrlarda Rusiya hərbçilərinin at belində açıq ərazi ilə Ukrayna mövqelərinə doğru irəliləməyə cəhd etdiyi görünür.

Məlumata görə, sözügedən hücum zamanı Rusiya hərbçiləri açıq sahədən keçərkən Ukrayna Silahlı Qüvvələrinin FPV tipli kamikadze dronlarının hədəfinə çevrilib. Kadrlarda hücumun qısa müddət ərzində iflasa uğradığı və havadan endirilən zərbələrlə hücum edən qrupun sıradan çıxarıldığı aydın şəkildə əks olunur.

Görüntülərin müşayiət olunduğu açıqlamada bildirilir ki, Rusiya ordusu texniki təminatın azalması səbəbindən son aylarda kvadrosikllər, skuter tipli nəqliyyat vasitələri və hətta atlardan istifadə etməyə başlayıb. Lakin müasir döyüş şəraitində, xüsusilə açıq və sığınacaqsız ərazilərdə bu cür hücumlar yüksək risk daşıyır və əksər hallarda ağır itkilərlə nəticələnir.

Hərbi ekspertlərin fikrincə, dronların döyüş meydanında dominant rola yüksəlməsi klassik hücum modellərini faktiki olaraq sıradan çıxarıb. Hava kəşfiyyatı və dəqiq zərbələr açıq ərazidə hərəkət edən bölmələri asan hədəfə çevirir. Bu da Rusiya ordusunun alternativ və qeyri-standart üsullara əl atmasına baxmayaraq, real nəticə əldə edə bilmədiyini göstərir.

Qeyd olunur ki, görüntülər Ukrayna ordusunun 92-ci mexanikləşdirilmiş briqada tərəfindən yayılıb. Briqada son aylarda Xarkov istiqamətində aktiv müdafiə və əks-hücum əməliyyatları ilə diqqət çəkir.

Yayılan kadrlar bir daha sübut edir ki, Ukrayna müharibəsində texnoloji üstünlük – xüsusilə pilotsuz uçuş aparatları – döyüşlərin taleyini müəyyən edən əsas amilə çevrilib. Rusiya ordusunun isə resurs çatışmazlığı fonunda getdikcə daha təhlükəli və effektivsiz üsullara müraciət etməsi cəbhədəki real vəziyyətin göstəricisi kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR