İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Avropaya qaz nəqli ABŞ-dan yüksək olub

May ayında Rusiya qazının Avropaya tədarükü təxminən son iki ildə ilk dəfə olaraq ABŞ-ın qaz ixracını üstələyib.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti ICIS konsaltinq şirkətinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ 2022-ci ilin sentyabrında Avropaya əsas qaz təchizatçısı kimi Rusiyanı ötüb. Üstəlik, 2023-cü ildən bəri ABŞ bütün Avropa qaz idxalının 20 faizini təmin edib. Bununla belə, may ayında ICIS-in məlumatına görə, Rusiya boru kəməri qazı tədarükü və mayeləşdirilmiş təbii qazın (LNG) dəniz yolu ilə tədarükü ABŞ-ı üstələyib. Rusiya qazı Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə, Serbiya, Şimali Makedoniya, Bosniya və Herseqovinaya bütün tədarüklərin 15 faizini təşkil edib.

ABŞ maye qazı keçən ay bütün Avropa qaz idxalının 14 faizini təşkil edib ki, bu da 2022-ci ilin avqustundan bəri ən aşağı göstəricidir.

FT qeyd edib ki, may ayında qaz axınlarına Texasdakı əsas LNG ixrac obyektində baş verən fasilələr, eləcə də iyunda planlaşdırılan boru kəmərinin təmiri səbəbindən Türkiyə vasitəsilə Rusiya qazının tədarükünün artması təsir göstərə bilərdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2024

25 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR