İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada elektrikli furqon fiaskosu: kopya imiş

Rusiyada təqdim olunan “yerli Cybertruck” layihəsi ilk baxışdan diqqət çəksə də, detallar açıldıqca ciddi suallar doğurub.

Musavat.com xəbər verir ki, paslanmayan poladdan hazırlanmış effektli “zirehin” altında əslində Çin istehsalı BAW V70 EV elektrik platforması gizlənir. Rusiya versiyasında bu platformaya yalnız yeni xarici panellər əlavə edilib.

Müqayisə üçün qeyd edək ki, Çində BAW V70 EV modelinin bazar qiyməti təxminən 15 min dollar təşkil edir. Halbuki Permdə təqdim olunan “idxalı əvəzləyən” versiya üçün təxminən 70 min dollar qiymət açıqlanıb ki, bu da orijinaldan bir neçə dəfə bahadır.

Məlumata görə, layihə çərçivəsində avtomobillərin yalnız sifariş əsasında istehsalı nəzərdə tutulur. İlk tədarüklərin isə 2027-ci ilin yanvarında başlanacağı bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR