İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 12 yaşdan cinayət məsuliyyəti - ŞOK TƏKLİF

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin cinayət məsuliyyətinin yaş həddinin bəzi ağır cinayətlər üzrə 12 yaşa endirilməsini təklif edib.

Musavat.com xəbər verir ki, Bastrıkin bu barədə Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum bununla bağlı qanun layihəsi hazırlasa da, təşəbbüs dəstək qazanmayıb.

“Bir tərəfdən deyirlər ki, bunlar hələ uşaqdırlar. Digər tərəfdən isə indiki uşaqlar bizim dövrümüzlə müqayisədə daha tez böyüyürlər. Onlar artıq 12-13 yaşlarında ağır cinayətlər törədirlər, lakin yaş həddinə görə cinayət məsuliyyətinə cəlb olunmurlar və cəzasız qalırlar”, - deyə Bastrıkin bildirib.

Qeyd edək ki, SSRİ-də 12 yaşından cinayət məsuliyyəti tətbiq edilən sistem ilk dəfə 1935-ci ildə İosif Stalinin hakimiyyəti dövründə qəbul olunmuşdu. Həmin qərara əsasən, oğurluq, qətl, zorakılıq, ağır bədən xəsarəti yetirmə kimi cinayətlərə görə 12 yaşından etibarən yetkin şəxslərlə eyni qaydada məhkəmə məsuliyyəti nəzərdə tutulurdu. Sonradan bu siyahıya qatar qəzalarına səbəb olan əməllər də əlavə edilmişdi.

Bastrıkin bildirib ki, onun təklifi digər ölkələrin təcrübəsinə də uyğundur. O, Böyük Britaniyada ağır cinayətlərə görə cinayət məsuliyyətinin 10 yaşdan tətbiq olunduğunu xatırladıb.

Rusiyada son illər oxşar təşəbbüslər də səsləndirilib. 2025-ci ilin dekabrında LDPR sədri Leonid Slutski qətl və azyaşlılara qarşı cinsi cinayətlərə görə məsuliyyət yaşının 12-yə endirilməsini təklif edib. 2026-cı ilin əvvəlində isə Sankt-Peterburq şəhər parlamentinin deputatı Aleksey Zinçuk qətl, adam oğurluğu, terror, oğurluq və digər ağır cinayətlərə görə məsuliyyət yaşının 13-ə endirilməsinin tərəfdarı olduğunu açıqlamışdı.

“Mediazona”nın hesablamalarına görə, Ukrayna müharibəsi başlayandan bəri Rusiyada terror və diversiya ittihamları ilə azı 240 azyaşlı saxlanılıb. Onların bir hissəsi barəsində bir neçə il müddətinə tərbiyə koloniyalarında cəza hökmü çıxarılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR