İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçün ÖLÜMCÜL günlər BAŞLADI: Putindən ACI ETİRAF, əhalini ALDADIRLAR-TV Musavat

Ukraynanın Rusiyanın neft emalı infrastrukturuna zərbələri fonunda ölkədə yanacaq böhranı daha da kəskinləşir. Kreml üçün ən pis ssenaridə bu, rejim üçün ölümcül nəticələrə gətirib çıxara bilər.
Axar.az xəbər verir ki, bu barədə "Döyç Velle" (Deutsche Welle) məlumat yayıb.

"Benzin çatışmazlığı artıq ölkənin ən azı 30 regionunu əhatə edib və yanacaq tədarükündəki fasilələr təkcə avtomobil sahiblərinə deyil, biznesə və logistika sektoruna da getdikcə daha ciddi təsir göstərir. Bununla belə, avqust ayında yaranan çatışmazlıq dalğası mayın sonundan iyulun ortalarına qədər davam edən əvvəlki dalğadan fərqlənir. Bu dəfə problemlər xüsusilə Moskva və Moskva vilayətində kəskin şəkildə özünü göstərib. Vəziyyət tədricən sürücülər üçün adi narahatlıq çərçivəsindən çıxır. Rusiyanın cənubunda vəziyyət xüsusilə mürəkkəbdir. Krasnodar diyarında yanacaqdoldurma məntəqələrində saatlarla davam edən növbələr olur. Hakimiyyət bunu guya mövsümi tələbat artımı ilə izah edir, halbuki yerli sakinlər hazırkı turizm mövsümünü uğursuz adlandırırlar", - məlumatda deyilib.

Qeyd edək ki, Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə ardıcıl zərbələri ölkədə kəskin yanacaq çatışmazlığına gətirib çıxarıb.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Telman Qasımovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR