İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubinyan: “Azərbaycan hərbi büdcəsini, Köçəryan isə ailə büdcəsini artırırdı”

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan öz feysbuk səhifəsində keçmiş prezident Robert Köçəryanı sərt tənqid edib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Rubinyan yazır ki, Köçəryanın ofisinin rəhbəri “faktlarla deyil, emosiyalarla mübahisə edir”.

“Başa düşmürəm, nə üçün Köçəryanın ofisinin rəhbəri faktlarla mübahisə etməyə qərar verib. Mənimlə mübahisə etsin, etiraz etmirəm, amma faktlarla niyə mübahisə edir?”, - deyə Rubinyan bildirib.

O, paylaşımına iki illüstrasiya da əlavə edib:

“Birinci şəkildə 1998-ci ildə - Köçəryanın prezidentliyinin ilk ilində - Ermənistan və Azərbaycanın hərbi büdcələrinin nisbəti 1:1,1 idi, yəni demək olar ki, bərabər. İkinci şəkildə isə - Köçəryanın prezidentliyinin son ili olan 2008-ci ildə - bu nisbət artıq 1:5,3 olmuşdu. Yəni Azərbaycanın hərbi büdcəsi Ermənistanınkından beş dəfədən çox idi”.

Rubinyan fikrini belə yekunlaşdırıb:

“Bu 10 il ərzində Azərbaycan hərbi büdcəsini böyüdürdü, Köçəryan isə ailə büdcəsini. Odur ki, Köçəryanın ofis rəhbəri boş danışmaq əvəzinə bir az oxusun”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR