Onlayn ictimai-siyasi qəzet
İspaniya nəhəngi "Real Madrid" yay transfer pəncərəsi öncəsi komandadan göndəriləcək futbolçuların siyahısını genişləndirib.
Son məlumatlara görə, ukraynalı qolkiper Andriy Lunin də klubun yollarını ayırmağı planlaşdırdığı oyunçular sırasına əlavə olunub.
Klub rəhbərliyinin və məşqçilər heyətinin müəyyənləşdirdiyi "ayrılıq siyahısı" kifayət qədər genişdir. "Real Madrid"in bu yay vidalaşmağa hazırlaşdığı futbolçuların siyahısı aşağıdakı kimidir:
Xüsusilə Eduardo Kamavinqa və Dani Karvaxal kimi əsas heyət üzvlərinin siyahıda olması idman mətbuatında böyük rezonans doğurub. Andriy Luninin isə daha çox oyun şansı qazanmaq üçün ayrılmaq istədiyi, klubun da uyğun təklif gələcəyi təqdirdə ona mane olmayacağı bildirilir.
"Kral Klubu"nun bu qədər çox oyunçu ilə yollarını ayırmaq istəməsi heyətdə ciddi yenilənmə prosesinin başlanacağından xəbər verir.//Offsideplus.az
19 Iyul 2026
18 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ