Onlayn ictimai-siyasi qəzet
Yolda avtomobillərin hərəkəti bərpa olunub.
***
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəza Şamaxıdan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitəsinin idarəetmədən çıxması nəticəsində qeydə alınıb.
Hadisə səbəbindən magistral yolun bir tərəfi tamamilə bağlanıb. Nəticədə paytaxt istiqamətində uzunmüddətli tıxac yaranıb və onlarla avtomobil yolda qalıb.
Hazırda əraziyə polis əməkdaşları cəlb olunub. Yolun hərəkət hissəsinin təmizlənməsi və nəqliyyatın hərəkətinin yenidən bərpası istiqamətində işlər davam etdirilir.
28 Iyul 2026
03:09 Hava limanında inanılmaz anlar – gözlənilməz qonaq tavandan sərnişinlərin üstünə düşdü - VİDEO
27 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ