Onlayn ictimai-siyasi qəzet
Qeysəriyyə əməliyyatı növbəti hamiləlikdə erkən doğuş riski yaradır.
Londonda Universitet Kollecinin (UCL) tədqiqatçıları müəyyən ediblər ki, doğuşun son mərhələsində edilən qeysəriyyə əməliyyatı gələcək hamiləliklərdə vaxtından əvvəl doğuş riskini artırır.
Araşdırmanın nəticələri "American Journal of Obstetrics & Gynecology" (AJOG) jurnalında dərc olunub.
Tədqiqatda 93 qadın iştirak edib. Onlara fəal doğuş mərhələsində uşaqlıq boynu 4 sm və daha çox açıldıqda qeysəriyyə əməliyyatı olunub. 4-12 ay sonra aparılan transvaginal ultrasəs müayinəsində 90 qadında daxili yara izləri aşkar edilib. Məlum olub ki, uşaqlıq boynu nə qədər çox açılıbsa, yara izi bir o qədər aşağıda uşaqlıq boynuna yaxın əmələ gəlir. Belə aşağı yerləşmiş yara izləri gələcək hamiləliklərdə komplikasiya riskini artırır və daha çətin sağalır./Milli.Az
18 Avqust 2026
01:54 ABŞ və Ukrayna arasında məxfi xətt tam gücü ilə bərpa edildi – Rusiya daxilində nə hazırlanır?
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ