İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb bölgəsində təlimlər-bu məsələlər müzakirə edildi

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə həyata keçirdiyi, “Qazax, Ağstafa və Tovuz rayonlarında ictimai içtirakçılığın artırılmasına dəstək “ layihəsi çərçivəsində Qazax rayonunun Hüseynbəyli və Canalı kəndinin icma üzvləri arasında təlim keçirib.

Qazax Regional İnkişaf Resursları İctimai birliyindən Musavat.com-a verilən məlumata görə, təlimdə əsasən, “İcmaların yaradılması və fəaliyyəti”, “İctimai iştirakçılığın artırılması, icma üzvlərinin qərarvermə prosesinə cəlb olunması ,” “icma üzvlərinin problem ətrafında təşkilatlanması” mövzularında müzakirələr aparılıb. Bundan başqa, icma üzvləri  yaşadıqları icmanın aktual problemləri və onların həlli barədə fikirlər söylədilər.

Yaxın günlərdə təşkilat Ağstafa və Tovuz rayonlarında da anoloji təlim keçirməyi planlaşdırır.

photo_5463141466881775935_yphoto_5463141466881775934_yphoto_5463141466881775933_yphoto_5463141466881775931_yphoto_5463141466881775930_yphoto_5467762520979790837_yphoto_5467762520979790786_yphoto_5467762520979790784_yphoto_5467762520979790758_y

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

29 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR