İnsanlara hürriyət, millətlərə istiqlal!

Qədim insanlar çənə üzərində mürəkkəb əməliyyatlar aparırmış — 2,5 min illik tibbi möcüzə

Altayda eramızdan əvvəl dəfn olunmuş qadının kəlləsi üzərində aparılan araşdırma alimləri heyrətləndirib.

Musavat.com xəbər verir ki, Novosibirsk Dövlət Universitetinin tədqiqatçıları kompüter tomoqrafiyası vasitəsilə qadının sağ gicgah-çənə oynağının ciddi zədələndiyini müəyyən ediblər.

Məlum olub ki, qadın ağır baş travması alıb və nəticədə oynaq demək olar dağılıb. Buna baxmayaraq, onun qəbilə üzvləri cərrahi müdaxilə edərək zədələnmiş nahiyəni bərpa etməyə çalışıblar. Kəllədə süni mənşəli deşiklərin aşkar edilməsi göstərir ki, kanala heyvan vətəri və ya at tükü yerləşdirilib.

Alimlərin qənaətinə görə, əməliyyat uğurlu alınıb — qadın sonradan danışa, qidalana və uzun illər yaşaya bilib. Araşdırma müəllifləri qeyd edir ki, bu cür mürəkkəb tibbi manipulyasiyalar barədə elmi mənbələrdə indiyədək demək olar heç bir məlumat qeydə alınmayıb.

 

Musavat.com

eedaff77-a5f3-4124-9b5d-c8b89e153bef.jpg (119 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR