İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda qəzada ölən hərbçi yeni ata olubmuş

Qazaxda hərbçinin həyatını itirdiyi yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Minik maşınının aşması zamanı dünyasını dəyişən 2003-cü il təvəllüdlü Səbuhi Əliyev yeni ata olubmuş.

O, ötən həftə dünyaya göz açan körpəsini və həyat yoldaşını Qazaxdan xidmət etdiyi hərbi hissənin şəhərciyinə gətirmək üçün doğma rayonuna yollanıbmış. Faciəvi hadisə də bu zaman baş verib.

Səbuhi Əliyev MAXE kimi xüsusi təyinatlıların sıralarında xidmət edirmiş.

Səbuhi Əliyev Qazax rayonunun Qaymaqlı kəndində torpağa tapşırılıb.

Qeyd edək ki hadisə dekabrın 27-dən 28-nə keçən gecə Qazax rayonunun Çaylı kəndi ərazisində qeydə alınıb.

Faktla bağlı cinayət işi açılıb. (lent.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR