İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaşlar arasında mübahisə sonda qətllə nəticələnib - Hadisənin DETALLARI - VİDEO


Mübahisə edən qardaşlar bıçağa əl atıb, onlardan biri qətlə yetirilib.

BAKU.WS Xezerxeber.aza istinadən xəbər verir ki, hadisə Tərtər rayonu ərazisində baş verib. Rayon sakini 32 yaşlı Abil Əliyev bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə isə onun qardaşı şübhəli bilinir. Yaxınlarının iddiasına görə, qardaşlar tez- tez mübahisə edirmiş.

Daxili İşlər Nazirliyi məlumatına əsasən, 32 yaşlı Əliyev Abil Mətləb oğlunu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun  qardaşı 33 yaşlı Əliyev Sədi Mətləb oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Sumqayıtda da ölüm hadisəsi olub.12-ci mikrorayonda yerləşən kafelərin birində  37 yaşlı Elvin  İsgəndərovun  başqa biri ilə yaranan mübahisəsindən sonra ürəktutmasından öldüyü bildirilir. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR