İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarajlar yolu bərbad vəziyyətə salıb: "Ustaların səs-küyündən gecələr yata bilmirik" - VİDEO

Bakının Xətai rayonu, Babək prospektində Rezervarlar adlanan küçədə qarajlar sakinlərə problem yaradıb. Bu azmış kimi ərazidə illərlə park edilmiş sahibsiz bilinməyən avtomobillər var. Üstəlik yol da bərbad vəziyyətdədir.

Musavat.com xəbər verir ki, sakinlər Atv-yə bildirdiyinə görə, qarajların yolu daraltması bir dərd, ustaların səs-küyündən gecə-gündüzlərinin olmaması isə başqa dərddir.

Sakinlərin şikayətləri maşın ustalarının diqqətinə çatdırılsa da, and-aman ediblər ki, gecələr burda səs olmur. Qarajlarınyolu bağlamasına gəlincə isə qeyd ediblər ki, bu sakinlərin istifadə etdiyi əsas yol yox, alternativ yoldur.

Məlumata görə, obyektlər ayrı-ayrı şəxslər tərəfindən icarəyə verilib.

Ərazi ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazinin yaxın vaxtlarda abalaşdırılması nəzərdə tutulur.

Daha ətraflı süjetdə:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

27 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR