İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı hərbi sənayeyə 500 milyard avro xərcləməyə hazır olmalıdır – fon der Lyayen

Avropa İttifaqı öz təhlükəsizliyini təmin etmək üçün növbəti on il ərzində hərbi sənayeyə əlavə 500 milyard avro sərmayə qoymağa hazır olmalıdır.

Musavat.com Euractiv portalına istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən sammitdə deyib.

AK rəhbəri bu məbləğə Ukraynanın hərbi ehtiyaclarının ödənilməsi üçün xərclərin daxil olub-olmadığını dəqiqləşdirməyib.

Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bütün Avropa İttifaqı ölkələrinin ümumi hərbi xərcləri 240 milyard avro, hərbi sənaye kompleksinə qoyulan investisiyalar isə Aİ-nin müxtəlif ölkələrində bu məbləğin 5-15 faizini təşkil edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR