İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” sığınacaqda oyunu təkcə izləyən azyaşlı ilə görüşəcək - Video

“Qarabağ” futbol klubu Bakıda keçirilən “Qarabağ” – “Ayaks” (2:4) oyununu sığınacaqda təkbaşına izləyən azyaşlı Əkbərlə görüş təşkil edəcək.

Bu barədə məlumat Qadın və Uşaq Sığınacağı tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Sığınacaq bildirib ki, klub onlarla əlaqə saxlayaraq Əkbərlə yaxın günlərdə görüşmək istədiyini bildirib.

Xatırladaq ki, sığınacaq həmin azyaşlının matçı tək izlədiyi görüntünü təqdim edərək paylaşmışdı. Məlumatda vurğulanırdı: “Özü o qədər gözəl futbol oynayır ki... Bu gün icazə alıb, oyuna baxandan sonra yatacaq”.

Klubun bu jesti sosial şəbəkələrdə geniş müsbət reaksiyaya səbəb olub.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR