Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək İngiltərənin “Nyukasl” və Azərbaycanın “Qarabağ” komandaları artıq oyun ab-havasına köklənib.
Musavat.com xəbər verir ki, Ağdam təmsilçisi qarşılaşma öncəsi matçın keçiriləcəyi “Sent Ceyms Park” stadionundan paylaşım edib. Klubun sosial şəbəkə hesabında yayılan görüntülər azarkeşlər arasında böyük maraq doğurub və oyuna həyəcanı daha da artırıb.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Qarşılaşmasının gərgin və sürətli tempdə keçəcəyi gözlənilir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ