İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"a ŞAD XƏBƏR

Çexiyanın "Karvina" klubu danışılmış oyunlarda iştirak etdiyi üçün Avropa Liqasından kənarlaşdırılıb.

Bu qərardan sonra turnirin pley-off mərhələsinin püşkatması üçün səbətlərin tərkibi dəyişib.

"Karvina" qərarı sayəsində "Qarabağ" klubunun yer aldığı cütlük artıq 3-cü təsnifat mərhələsində səpələnmişlər sırasına yüksəlib. Bununla da komandamız pley-off püşkatmasında da səpələnmişlər tərəfində yer alacaq.

Bu barədə "Football Meets Data" portalı məlumat yayıb.

Pley-off püşkatması 3-cü təsnifat mərhələsinin oyunlarından əvvəl keçiriləcəyi üçün "Reyncers" və "Zaltsburq" klublarının yer aldığı cütlüklərin də pley-off püşkatmasına qatılacağı dəqiqləşib. (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR