İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşa və Macarıstan arasında siyasi sığınacaq qalmaqalı

Budapeşt təqib olunan Polşa vətəndaşlarına siyasi sığınacaq verdiyinə görə Macarıstan səfiri Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Polşa radiosu məlumat verib.

Bildirilir ki, Polşa XİN Macarıstanın polyaklara siyasi sığınacaq verilməsi ilə bağlı hərəkətlərinə mənfi qiymət vermək niyyətindədir. Varşava Budapeştdən dəqiq kimə sığınacaq verildiyi barədə məlumat istəyəcək. Polyaklar şübhələnirlər ki, bu, Polşa ədalətindən gizlənən keçmiş ədliyyə naziri və baş prokuror Zbiqnev Zebro və onun həyat yoldaşı ola bilər.

Bundan əvvəl Macarıstan iki Polşa vətəndaşına siyasi sığınacaq verildiyini bildirib.

Əvvəlki bir neçə hadisə artıq iki ölkə arasında münasibətlərin gərginləşdiyini göstərirdi. Məsələn, 2025-ci ilin noyabr ayında Polşa prezidenti Karol Navrotski Moskvaya səfər edən macar baş nazir Viktor Orbanla görüşməkdən imtina edib və bu, tərəflər arasında xoşagəlməz mühit yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR