İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Kadırovun dediklərinə haqq qazandırdı  


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun vəhhabiliyi qəbul edənlərin bütün nəslinin cəzalandırılacağı barədə dediklərinə haqq qazandırıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Kadırovun ailəsinin də terrorçunun hərəkətlərinə görə cəzalandırılmalı olduğu barədə sözlərini şərh edərkən, onun “terrorçuları mümkün qədər sərt şəkildə təqib etmək” dediyini qeyd edib: "Heç kim şübhə etmir ki, terrorçularla mübarizə barışmaz və mümkün qədər sərt olmalıdır".

Daha sonra Peskov iddia edib ki, Kadırov “terrorçuluğa rəğbət bəsləyən, bu və ya digər şəkildə birbaşa və ya dolayısı ilə terror fəaliyyətində iştirak edənlərdən danışır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

29 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR