Onlayn ictimai-siyasi qəzet
Amerikanın müdafiə şirkətləri olan "Northrop Grumman" və "Global Military Products" Kiyevə göndərilən artilleriya sursatlarının çatdırılmasını gecikdiriblər.
Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Ordusu (Quru Qüvvələri) onları cərimələmək niyyətindədir.
Podratçılarla müqavilə bağlamaqdan məsul olan Ordu komandanlığı Müdafiə Nazirliyinin tövsiyələrini yerinə yetirir - Pentaqonun Baş Müfəttişinin noyabr ayında dərc olunmuş hesabatında iriçaplı sursatların çatdırılmasını gecikdirən şirkətlərə təxminən 1,1 milyon dollar cərimə tətbiq edilməsi tövsiyə olunub: "Ordu podratçıları məsuliyyətə cəlb etmək və müqavilələrin icrasını yaxından izləmək niyyətindədir". Cərimənin dəqiq məbləği və hər bir şirkətin ödəməli olduğu hissə barədə qərar hələ verilməyib.
Agentlik xatırladır ki, 2022-ci ildə ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü çərçivəsində sursat təchizatı müqavilələri bağlanıb. Pentaqonun Baş Müfəttiş Ofisi "Northrop Grumman" və "Global Military Products" ilə 1,9 milyard dollar dəyərində yeddi müqaviləni araşdırıb və onlardan beşində pozuntu aşkar edib.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ