Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinin korrupsiya ilə bağlı ittihamlarına cavab verərkən özünün və ailəsinin biznes aktivlərinin olmadığını iddia edib.
Musavat.com xəbər verir ki, Paşinyan sentyabrın 11-də keçirdiyi brifinqdə Ermənistanda hakimiyyətin başında dayanan “korrupsiya piramidası”nın mövcud olmadığını bildirib.
Baş nazirdən yüksək vəzifəli şəxslərin qohumlarından aldıqları böyük məbləğdə hədiyyələrin şübhə doğurub-doğurmadığı da soruşulub. Nümunə kimi Qarik Sarkisyana atasının 10 milyon, bibisinin isə 42 milyon dram verməsi göstərilib.
Paşinyan keçmiş Sünik qubernatoru Surik Xaçatryanın Fransadan Ermənistana ekstradisiyasından imtina edilməsinə isə istehza ilə münasibət bildirib.
“Surik Xaçatryan siyasi təqib qurbanıdır. Makron deyir ki, demokratiya və insan haqları tərəfdarını Ermənistandakı diktator rejiminə təhvil verə bilməz”, – deyə Paşinyan istehza ilə deyib.
Musavat.com
27 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ