İnsanlara hürriyət, millətlərə istiqlal!

"Özümə qulaq asmaq mənə zülm verir" - Ağadadaş Ağayev

Xalq artisti Ağadadaş Ağayev mahnılarının başqaları tərəfindən oxunmasından danışıb. 

Müğənni bu haqda "Günə uğurla" verilişində söz açıb.

Sənətçi bildirib ki, öz ifalarını heç vaxt bəyənmir:

"Mənim mahnılarımı çox oxuyan var. Hər birinin öz çalarları olur. Mənim nəfəslərimlə oxumayacaqlar ki... Hərəsinin öz üslubu, rəngi var. Bir mahnını yazdırıram, qulaq asanda o qədər fikirləşirəm ki, gərək bunu başqa cür edərdim, burasını belə oxumazdım. Özümə qulaq asmaq mənə zülm verir. Xasiyyətim belədir. Başqaları oturur güzügünün qabağında oxuyur, özünə tərif yağdırır".  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR