İnsanlara hürriyət, millətlərə istiqlal!

Ordu günü münasibətilə iş adamları ilə görüş keçirilib


Ordu günü münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbirlər keçirilib.

Musavat.com bildirir ki, bu tədbirlərdən biri də ordu quruculuğunda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rolu olan iş adamları ilə görüş olub.

Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov, ordumuzun qazandığı zəfərlərdə Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusi qeyd edib. Polkovnik əlavə edib ki, ordumuz bundan sonra da dövlətimizin mənafeyi naminə qarşıya qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə qadirdir.

Tədbirdə çıxış edən iş adamı Hidayət Heydərov bildirib ki, ordumuzun qələbəsi Azərbaycanın bölgədə və dünya siyasətində önəmini artırıb. İş adamı onu da vurğulayıb ki, yeni müstəvidə azərbaycanlı iş adamları da daha məsuliyyətli olmalı və qazanılan qələbəyə uyğun işlər görməlidirlər.

Görüşün sonunda Hidayət Heydərov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən dövlətçiliyimiz naminə gördüyü işlərə görə medallarla təltif olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

29 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR