İnsanlara hürriyət, millətlərə istiqlal!

Ofislərdə “böyük qardaş”: işçilər gizli kameraların hədəfində

Çində iş yerlərində tətbiq olunan yeni nəzarət üsulları ciddi narazılıq doğurur.

Musavat.com xəbər verir ki, bir sıra şirkətlər əməkdaşların fəaliyyətini izləmək üçün gizli kameralar və xüsusi texnoloji cihazlardan istifadə edir.

Məlumata görə, Quançjou şəhərində fəaliyyət göstərən texnologiya şirkətlərindən birində çalışan qadın işçi masasının üzərində gizli kamera aşkar edib. Həmin cihaz monitor qarşısında baş verən bütün prosesləri qeydə alırmış. Rəhbərlik isə işçilərə iş vaxtı messencerlərdən istifadənin qadağan olunduğunu bildirib.

Digər bir hadisə Hançjouda qeydə alınıb. Burada şirkət əməkdaşlar üçün “ağıllı” kreslolar tətbiq edib. Bu kreslolar işçinin oturma vəziyyətini və ürək döyüntüsünü izləyir. Əgər əməkdaş 30 dəqiqədən artıq yerində olmazsa, ona pul cəriməsi tətbiq olunur.

Fuçjou şəhərində isə bəzi şirkətlər daha sərt qaydalar tətbiq edir. İşçilərin tualet fasilələri məhdudlaşdırılır, işə giriş-çıxış saatları isə dəqiq şəkildə qeyd olunur. Qaydaları pozan əməkdaşlara qarşı cərimələr və hətta işdən çıxarılma tədbirləri görülür.

Qeyd olunur ki, ötən il belə şirkətlərdən biri iş vaxtı internet mağazalarına daxil olan əməkdaşı işdən azad edib.

Artan nəzarət fonunda işçilər də müxtəlif üsullarla müqavimət göstərməyə başlayıb. Onlar məxfilik proqramlarından istifadə edir, telefon və kompüter ekranlarına qoruyucu örtüklər yapışdıraraq izlənmənin qarşısını almağa çalışırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR