Onlayn ictimai-siyasi qəzet
Müğənni Mərdan Kazımov “Qapqara” layihəsinin qonağı olub.
Musavat.com xəbər verir ki, söhbət zamanı sənətçi son illər musiqi bazarında sürətlə yayılan bayağı mahnılar mövzusuna toxunaraq diqqətçəkən fikirlər səsləndirib.
Mərdan Kazımov bildirib ki, keyfiyyətsiz və mənasız mahnılar cəmiyyətin musiqi zövqünə mənfi təsir göstərir. Onun sözlərinə görə, bu cür ifalar dinləyicilərə ilk baxışdan cəlbedici görünsə də, uzunmüddətli perspektivdə musiqi mədəniyyətinə zərər vurur.
Müğənni bayağı mahnıları “zəhərli qida”ya bənzədərək maraqlı müqayisə aparıb: “Necə ki, zərərli qidalar insan orqanizminə mənfi təsir göstərir, bayağı mahnılar da insanların musiqi zövqünü korlayır. Bir müddət sonra insan yalnız həmin səviyyədə musiqi qəbul etməyə başlayır”.
Könül
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ