İnsanlara hürriyət, millətlərə istiqlal!

Nuran bu dəfə “Yolu var” dedi - VİDEO

Retro musiqiyə müasir nəfəs gətirən Nuran “Yolu var” adlı yeni klipini təqdim edib.

Musavat.com xəbər verir ki, sözləri və musiqisi Rafael Təhməzova aid bəstə günlər əvvəl müğənninin TikTok hesabında paylaşılıb, milyona yaxın baxış toplayıb, izləyicilər tərəfindən maraqlı videolar çəkilib.

Klipin rejissoru Əli Zamansoydur. Nuranın yeni işində sosial şəbəkədə “Türkan Şorayın bənzəri” kimi tanınan model Şəfəq Abdullayeva yer alıb.

Gənc artistin imici üzərində bu günədək populyar ulduzlarla çalışan peşəkar stilist Fuad Hacıyev imzası var.

Modelin geyimi üzərində isə Madam Pari çalşıb.

Layihənin rəhbəri Elvin Elxan, bəstənin aranjemanı Dahin və Elmin Təhməzovdur.

Gənc artistin musiqi prodüseri və vokal koçu yenə də Elçin Cəfərovdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR